“Çelsi”nin baş məşqçisi Joze Mourinyu vəzifəsindən kənarlaşdırılıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Çelsi”nin baş məşqçisi Joze Mourinyu vəzifəsindən kənarlaşdırılıb. BBC xəbər verir ki, “Çelsi”nin rəhbərliyi dekabrın 17-də 52 yaşlı portuqaliyalını istefaya göndərib. Bu, onun komandaya çempion adını qazandırmasından yeddi ay sonra baş verib.
Qeyd edək ki, o, avqustun 7-də klub ilə dörd il müddətinə yeni müqavilə imzalayıb. “Çelsi”nin məşqçisi vəzifəsinə əsas namizədlər Qus Hiddink, Xosep Qvardyola, Brendan Rocers və Xuande Ramosdur.
“Çelsi” Premyer-liqanın indiki mövsümündə 16 oyundan doqquzunda məğlub olub və liqadan çıxmağın bir addımlığındadır. J.Mourinyu London klubuna üç çempion titulu, İngiltərə Kuboku və liqanın üç kubokunu qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]