Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib
Bakı, 22 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.
AZƏRTAC xəbər verir ki, gecənin mühüm qarşılaşması İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.
Digər matçda isə ÇL-in iddialı komandalarından İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]