Çempionlar Liqası: Yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb
Bakı, 4 may, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, İngiltərədə “Arsenal” və İspaniyanın “Atletiko Madrid” komandaları arasında keçiriləcək matçın baş hakimi almaniyalı Daniel Zibert olacaq. Ona Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tobias Ştiler yerinə yetirəcək.
Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubları arasında gerçəkləşəcək görüşdə isə ədaləti portuqaliyalı baş hakim Joau Pineyru qoruyacaq. Ona həmyerliləri Brunu Jezuş və Lusiano Maya kömək edəcəklər. Dördüncü hakim isə norveçli Espen Eskas olacaq.
Qeyd edək ki, “Arsenal” - “Atletiko Madrid” qarşılaşması mayın 5-də Londonda yerləşən “Emireyts” stadionunda, “Bavariya” - PSJ oyunu isə mayın 6-da Münxen şəhərindəki “Alyans Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]