“Chessable Masters”: Maqnus Karlsen finala vəsiqə qazanıb
Bakı, 1 iyul, AZƏRTAC
Maqnus Karlsen rapid üzrə keçirilən “Chessable Masters” yarışının finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də keçirilən yarımfinalın ikinci matçında şahmatçı çinli Liren Dinq üzərində 2,5:0,5 hesablı qələbə qazanıb. Norveçli dünya çempionu iyunun 30-da keçirilmiş birinci matçın oyunlarında isə rəqibinə tay-brekdə 3,5:2,5 hesabla qalib gəlmişdi.
Yarımfinalın digər oyunlarında rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Dünənki oyunlarda isə hollandiyalı zəka ustası rusiyalı şahmatçını 3:1 hesabla məğlub etmişdi. Nəticə 1:1 olduğundan rəqiblər həlledici - üçüncü matçda qarşılaşacaqlar.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]