Çexiya XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik
Bakı, 28 yanvar, AZƏRTAC
Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Çexiya Xarici İşlər Nazirliyinin tviter hesabında yaydığı bəyanatda deyilir: “Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə hər hansı hücum qəbuledilməzdir. Səfirliyin həlak olan əməkdaşının ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]