ÇEXİYADA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN YENİ DİASPOR TƏŞKİLATI YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 27-də Çexiyada yeni diaspor təşkilatının əsası qoyulmuşdur. Bu barədə qərar azərbaycanlı tələbələrin Praqada keçirilmiş toplantısında qəbul olunmuşdur.
Toplantıda azərbaycanlı tələbələrin daha sıx yaşadıqları Praqa, Brno və Podebradi şəhərlərindən nümayəndələr iştirak etmişlər.
Azərbaycanlı tələbələr ölkəmizi xaricdə daha yaxından tanıtmaq, bu sahədə bütün Çexiya ərazisini əhatə etməklə mövcud qüvvələri səfərbər etmək və daha səmərəli fəaliyyət göstərmək məqsədi ilə “Çexiya Azərbaycanlı Tələbə və Gənclər Birliyi”ni təsis etmək qərarına gəlmişlər. Yuxarıda adları çəkilən hər şəhərdən üç nəfər olmaqla, təşkilatın 9 nəfərdən ibarət idarə heyəti yaradılmış və birliyə sədr seçmək məsələsi idarə heyətinə həvalə olunmuşdur.
Toplantıda iştirak edən səfir Tahir Tağızadə və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sürəddin Hümbətov tələbələrin bu addımını alqışlamış, Azərbaycan naminə fəaliyyətlərində onlara uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]