ÇEXİYADA XULİQAN AZARKEŞLƏR ÜÇÜN CİNAYƏT CƏZALARI TƏTBİQ EDİLƏCƏK
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, oktyabrın 1-dən Çexiya Respublikasında idman azarkeşlərinin cinayət məsuliyyəti haqqında qanun qüvvəyə minmişdir. Yarışlar zamanı dava-dalaş salmağa, meydana çıxmağa və digər xuliqanlıq əməllərinə görə onlar üç ilədək azadlıqdan məhrum edilə bilər. Bundan başqa, məhkəmənin xuliqanlara beş ilədək müddətə idman tədbirlərinə gəlməyi qadağa etməyə də ixtiyarı var.
Daxili işlər və ədliyyə nazirliklərinin təşəbbüsü ilə hazırlanmış qanunun qəbul edilməsinə səbəb futbol divanələrinin hədlərini aşmasıdır. Bu sənəd də, ilk növbədə, normal azarkeşlərin və digər vətəndaşların müdafiəsi üçün qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]