Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Qəbələ, 28 aprel, AZƏRTAC
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.
Müxbir - Ceyhun Xəlilov
Fotoqraflar - İlkin Cavanşirov və Orxan Kərimov