Çili nümayəndəsi: Qeyri-rəsmi yaşayış məntəqələrinə yanaşma dəyişib
Bakı, 22 may, AZƏRTAC
Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı qanunvericilik illər ərzində ciddi dəyişikliklərə məruz qalıb və artıq bu məsələyə daha əhatəli yanaşılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çilinin Pontifik Katolik Universitetinin Memarlıq Məktəbinin nümayəndəsi Marqarita Qrin WUF13 çərçivəsində keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyasında deyib.
O bildirib ki, əvvəllər bu ərazilər daha çox təhlükəsizlik və ictimai səhiyyə problemi kimi qiymətləndirilsə də, sonradan şəhər inteqrasiyası və sosial inklüzivlik siyasətlərinin bir hissəsinə çevrilib.
Marqarita Qrinin sözlərinə görə, bir sıra ölkələrdə həyata keçirilən proqramlar artıq yalnız infrastrukturun yenilənməsini deyil, həm də məşğulluq, ictimai rifah və icma inkişafını əhatə edir.
O vurğulayıb ki, müasir təşəbbüslər insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial inteqrasiyanın gücləndirilməsinə yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [13:52]
Tədqiqatçı: Şəhərsalma gələcək üçün həyati əhəmiyyət kəsb edir
- 22.05.2026 [13:52]