Çimərlik futbolu üzrə Azərbaycan millisi III Avropa Oyunlarında beşinci olub
Krakov, 1 iyul, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, yığmamız beşinci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.
Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi yarışı beşinci pillədə başa vurub.
Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.