Çimərlik güləşçilərimiz dünya seriyasının mərhələ turnirində mübarizəyə başlayırlar
Bakı, 3 sentyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının mərhələ turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışda çimərlik güləşi üzrə millimiz baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iştirak edəcək.
Dünya seriyasında ölkəmizin idman şərəfini Mahal Novruzov (70 kq), Omid Kamaliağdam (80 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) qoruyacaqlar.
Turnirin qrup mərhələsində mübarizəyə start verilib. Növbəti gün əvvəlcə qrupda son görüşlər keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da isə yarımfinal və final görüşləri başlayacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev dünya seriyasında ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]