Çimərlik güləşi üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
Bakı, 30 iyun, AZƏRTAC
Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Əvvəlcə olimpiya sistemi ilə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
U-17 qızlar
45 kiloqram
Gülnar Ağadadaşova
Gülay Xasməmmədova
Vəfa Orucova
55 kiloqram
Günel Kərimli
Yağmur Məlikli
Aişə Cabbarova
65 kiloqram
Fidan Babayeva
Yağmur İsmayılzadə
Mədinə Qasımova
Kişilər
70 kiloqram
Rübail İbrahimli
İbrahim Musayev
İmamhüseyn Nəbiyev
80 kiloqram
Cavid Niftəlizadə
Mürşüd Hüseynov
Tehran Əliyev
90 kiloqram
Ramiz Həsənov
Fərid Cabbarov
Nəsib İsayev
+90 kiloqram
Camal Feyziyev
İslam İlyasov
Rəvan Musayev