ÇİMƏRLİKDƏ 41 KİLOQRAM HEROİN TAPILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, polisin bu və digər çimərliklərdə narkotik maddə tapması ilk hadisə deyildir.
Ötən həftə də məhz bu çimərlikdə 16 kiloqram, Anqle çimərliyində isə 25 kiloqram heroin tapılmışdı. Bu ilin yanvar və fevral aylarında isə Pirene-Atlantik və Land departamentlərinin çimərliklərində 150 kiloqrama qədər heroin aşkar edilmişdir.
Son zamanlar çimərliklərdə heroin tapılmasının səbəbini izah edən yerli polis nümayəndələri bildirmişlər ki, insan həyatı üçün təhlükəli olan bu maddəni bir ölkədən digərinə aparmaq istəyən cinayətkar dəstələr yeni bir hiyləyə əl atmışlar.
Onlar narkotik maddələri xüsusi bağlamalara dolduraraq qayıqların arxasına bağlayır və suya salırlar.
İzləndiklərini hiss edən kimi qayığa bağlanmış ipi kəsir və qorxulu yükdən asanlıqla yaxa qurtarırlar.
Sonra dalğalar həmin bağlamaları vurub sahilə çıxarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]