Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır
Bakı, 26 fevral, AZƏRTAC
Çin Dəmir Yolları 450 km/saat sürətə çata biləcək CR450 yüksəksürətli qatarın kommersiya istifadəsinə verilməsi ərəfəsində sınaqlarına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “China Daily” qəzeti yazıb.
Nəşrin qeyd etdiyi kimi, sınaqlar zamanı mühəndislər qatarın kommersiya istismarına tez başlamaq məqsədilə onun texniki göstəricilərini optimallaşdıracaqlar.
CR450 prototipi 2024-cü ilin dekabrında təqdim edilib. Gözlənilir ki, bu yeni inkişafın yaxın gələcəkdə ölkə daxilində daşınmalarını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Bundan əlavə, qatarın daha qısa əyləc məsafəsi, dayanıqlıq və təkmilləşdirilmiş idarəetmə sistemi kimi texniki xüsusiyyətlərinin onu mövcud modellərdən daha təhlükəsiz etdiyi bildirilir. Həm də daha rahat olacaq və enerjiyə qənaət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]