Çin ABŞ-ı Honkonq məsələsinə müdaxiləyə son qoymağa çağırıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Çin Birləşmiş Ştatları Honkonq məsələsinə istənilən formada müdaxiləni və Honkonq separatçılarına dəstəyi dərhal dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan sentyabrın 19-da keçirdiyi mətbuat konfransında ölkəsinin ABŞ-ın Çinin daxili işlərinə müdaxiləsinə ciddi etirazını bir daha bəyan edib. XİN rəsmisi ABŞ siyasətçilərinin, o cümlədən Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin “Honkonqun müstəqilliyi” radikal fikrini yayan Coşua Vonqu "Kapitoli"yə dəvət etməsini və Honkonq hökuməti əleyhinə etiraz aksiyalarını dəstəkləməsini şərh edərkən belə deyib.
Qen Şuan heç bir ölkənin beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas prinsiplərinə əsasən Çinin daxili işlərinə müdaxilə etmək hüququnun olmadığını deyib və ABŞ-ı Çinin suverenliyinə hörmət etməyə çağırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]