Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Çin hökuməti gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton, 2030-cu ilədək isə 1,5 milyard ton kömür ekvivalentinə çatdırmağı nəzərdə tutur.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin hökuməti nəqliyyat, sənaye istehsalı və kənd təsərrüfatında bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək niyyətindədir.
Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahatlar Komissiyası tərəfindən dərc edilən hesabatda qeyd olunur ki, əsas istehsal sahələrində yaşıl enerji istehlakı ilə bərpaolunan enerji təchizatının balanslaşdırılması və ənənəvi qazıntı yanacaqlarının təmiz enerji ilə nizamlı şəkildə dəyişdirilməsi prioritet vəzifələrdir. Bundan əlavə, sənəddə Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrlə yaşıl enerji sahəsində beynəlxalq praktiki əməkdaşlığın inkişafı nəzərdə tutulur.
2023-cü ilin birinci yarısına olan məlumata görə, Çində bərpaolunan enerji mənbələrinin ümumi gücü 1,32 milyard kilovata çataraq, ilk dəfə kömür yanacağı sektorunu üstələyib. Qeyri-mədən enerji mənbələrinin ümumi enerji istehlakında payı isə 2012-ci ildəki 9,7 faizdən 2022-ci ildə 17,5 faizə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]