ÇİN LİVANA DAİR QƏTNAMƏNİ ALQIŞLAYIR
Sun Biqan vurğulamışdır ki, Çin qəbul edilmiş qətnaməni alqışlayır və dəstəkləyir. Bununla yanaşı, diplomat xəbərdarlıq etmişdir ki, bu qətnamənin həyata keçirilməsi onun qəbul edilməsindən daha çətin olacaq və müvəffəqiyyət üçün bütün əlaqədar tərəflərə maksimum səy göstərmək lazım gələcəkdir.
O bildirmişdir ki, beynəlxalq birlik İsrail ilə Fələstin arasında problemlərin həllinə də diqqət yetirməli və var qüvvə ilə səy göstərməlidir.
Sun Biqan demişdir: “Yaxın Şərqdə sülh və sabitlik yalnız ərəb millətinin qanuni hüquqları bərpa edildiyi təqdirdə bərqərar ola bilər”.
Əmr Musa bildirmişdir ki, 1701 nömrəli qətnamənin tarazsızlığına baxmayaraq, ərəb ölkələri onun həyata keçirilməsinə kömək göstərəcəklər. O, Yaxın Şərq böhranının həlli üçün Çinin göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Sun Biqan avqustun 6-dan Yaxın Şərq ölkələrində səfərdədir. O, Suriya, İordaniya, İsrail və Fələstində olmuşdur. Çin diplomatı Qahirədən Səudiyyə Ərəbistanına getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]