Çin nümayəndəsi: Azərbaycanda olmaq mənim üçün xüsusi bir təcrübədir
Bakı, 21 noyabr, AZƏRTAC
Ümid edirəm ki, keçmişdən qalan mübahisələrə COP29 konfransı çərçivəsində son qoyulacaq və tədbirin nəticələri yalnız müzakirə və danışıqlarla məhdudlaşmayacaq. Əsas məqsəd konkret işlərin yerində həyata keçirilməsinə nail olmaqdır. Bu, mənim COP29-dan ən böyük gözləntimdir.
Bu fikirləri Çin Xalq Respublikasında fəaliyyət göstərən Ətraf Mühitin Davamlı İnkişafı İnstitutunun və qeyri-kommersiya təşkilatının nümayəndəsi Hongxia Duan AZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının təşkilatçılığı ilə bağlı təəssüratlarını bölüşən nümayəndə deyib: “Azərbaycanlıların həyata keçirdiyi təşkilati işlər əla səviyyədədir. COP29-un təşkilatçılığında həqiqətən çox uğurlu nəticələr əldə olunub. Azərbaycanda olmaq mənim üçün xüsusi bir təcrübədir, ölkə gözəldir, insanlar isə çox mehribandır. COP konfranslarını 10 ildir ki, izləyirəm və bu tədbirə qatılmaqdan məmnunam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:11]
Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:56]
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [19:09]
XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb
- 27.09.2026 [18:46]
AQTA-nın kollektivi şəhidləri anıb
- 27.09.2026 [18:44]