Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb
Pekin, 19 iyul, AZƏRTAC
Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, “Gaofen-11 05” peykini orbitə aparan “Böyük yürüş-4B” (“Long March”) daşıyıcı raketin buraxılışı iyulun 19-da yerli vaxtla səhər 11:03-də Şensi vilayətindəki Tayyuan məntəqəsindən həyata keçirilib. Peyk planlaşdırılan orbitə çatıb.
“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının hazırladığı peyk yer səthində müxtəlif müşahidələrin aparılması, o cümlədən torpaq ehtiyatlarının öyrənilməsi, şəhərsalma, yol şəbəkəsinin planlaşdırılması, əkin sahələrinin məhsuldarlığının qiymətləndirilməsi və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq. Peyk, həmçinin “Bir kəmər, bir yol” ölkələri üçün müxtəlif xidmətlər göstərəcək.
Qeyd edək ki, bu, “Long March” seriyasından olan raketlərin 528-ci buraxılışıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]