Çin Zambiyaya vəba ilə mübarizədə yardım edir
Bakı, 4 aprel, AZƏRTAC
Çinin Zambiyadakı səfirliyi vəba ilə mübarizədə ölkəyə kömək etmək üçün təxminən 500 min dollar bağışlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu töhfə yanvar ayında vəba epidemiyasının qızğın vaxtında səfirliyin elan etdiyi yardım tədbirlərinin bir hissəsidir. Çinin müvəqqəti işlər vəkili vəsaitlərin epidemiyanın qarşısını almaq üçün kanalizasiya və su təchizatını yaxşılaşdırmağa yönləndiriləcəyini söyləyib.
Zambiyanın maliyyə və milli planlaşdırma naziri ianə üçün Çinə təşəkkür edib.
Xatırladaq ki, Zambiya hökuməti 2023-cü ilin oktyabrında Lusaka əyalətində yeni bir epidemiyanın başlandığını elan edib. Bu ilin yanvarında isə xəstəlik ölkənin 10 əyalətindən 9-da yayılıb və 432 ölüm halı qeydə alınıb. Fevralın sonunda milli ərzaq təhlükəsizliyini və elektrik enerjisi çatışmazlığını təhdid edən uzunmüddətli quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]