ÇİNDƏ BİRİNCİ İMPERATORUN NƏNƏSİNİN SƏRDABASINI ÜZƏ ÇIXARMIŞLAR
Qədim Çində Sin səltənətinin dul məlikəsinin sərdabası Şensi əyalətinin paytaxtında Sian Biznes İnstitutunun tələbə şəhərciyinin ərazisində müasir tikililərin altında yerləşir. Sərdabanın ümumi sahəsi 17,3 hektardır.
Arxeoloqlar dəfn şaxtasında vaxtilə altı at qoşulmuş iki araba aşkar etmişlər. Belə arabalarda yalnız Sin padşahlarının və onların xanımlarının gəzmək hüququ var imiş. Bundan əlavə, Sin səltənətinin saray əhlinə məxsus olan möhürlər, habelə tuncdan və keramikadan hazırlanmış qabların çoxsaylı qırıntıları da aşkar olunmuşdur.
Padşah İn Çjen Sin səltənətini eramızdan əvvəl 246-ci ildə idarə etməyə başlamışdır. O, 221-ci ildə Qədim Çinin digər səltənətlərinin istilasını başa çatdırmış və bundan sonra Sin Şixuan (Sin sülaləsinin birinci imperatoru) adını qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]