Çində idman zalının damı uçub: 10 nəfər dağıntı altında qalıb
Pekin, 23 iyul, AZƏRTAC
Çinin şimal-şərqindəki Heyloncian vilayətində orta məktəbin idman zalının damının uçması nəticəsində ən azı 10 nəfər dağıntı altında qalıb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Çiçihar şəhərində 34 nömrəli məktəbin idman zalının damı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 12:00) çöküb. Hazırda hadisə yerində xilasedicilər çalışır.
Damın hansı səbəbdən çökdüyü bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]