Çində okeanı tədqiq etmək üçün ilk “ağıllı” gəmi hazırlanıb
Bakı, 14 iyul, AZƏRTAC
Çində hazırlanmış və avtonom naviqasiya, habelə ağıllı idarəetmə sistemləri ilə təchiz edilmiş “Tongji” adlı ilk intellektual tədqiqat gəmisi Şanxayda istismara verilib. AZƏRTAC xəbər verir ki, bu barədə “China Daily” nəşrində məlumat dərc olunub.
Gəmi Şanxaydakı Tonji Universiteti adından Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən inşa edilib və dənizdə elmi ekspedisiyalar aparmaq, sahil tikinti işlərini yerinə yetirmək, dənizçilik və mühəndislik ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə keçmək üçün nəzərdə tutulub.
Mühəndislərin fikrincə, yeni kəşf dəniz geologiyası, biologiya, kimya və əlaqəli fənlər kimi sahələrdə tədqiqatların aparılması üçün çoxfunksiyalı üzən kompleksdir.
Elektrik reaktiv mühərriki olan gəmini sahildən uzaqdan idarə etmək mümkündür. O, açıq sularda avtonom naviqasiya və intellektual enerji idarəetmə sistemi ilə təchiz edilib. “Tongji” buz zonaları istisna olmaqla, demək olar ki, hər hansı bir okean bölgəsində hərəkət edə bilər.
Gəminin uzunluğu 81,5 metr, eni 15 metr, su çəkmə qabiliyyəti isə 6,9 metrdir. O, 30-u alim olmaqla 45 nəfəri qəbul edə bilir və sürəti saatda 27 kilometrə çatır. Avtonom diapazon 80 min dəniz milidir və suda uzunmüddətli avtonom qalma müddəti 35 günə qədərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]