Çində qocalar evində baş verən yanğında 20 nəfər ölüb
Pekin, 9 aprel, AZƏRTAC
Çinin Hıbey vilayətində qocalar evində baş verən yanğında ən azı 20 nəfər ölüb.
AZƏRTAC vilayətin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, yanğın Çende şəhərinin Lonhua rayonunda aprelin 8-də axşam saat 9 radələrində başlayıb. Son məlumata əsasən, 20 nəfərin öldüyü təsdiqlənib. Hazırda binada axtarış işləri aparılır.
Yanğının səbəbi bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]