Çində torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb
Pekin, 28 iyul, AZƏRTAC
Çinin Hunan əyalətində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.
AZƏRTAC əyalətin fövqəladə hallarla mübarizə departamentinə istinadla xəbər verir ki, təbii fəlakət səhər saatlarında Yuelin kəndində baş verib. Sürüşmə 18 nəfərin yaşadığı yaşayış binasının dağılmasına səbəb olub. Axtarış işlərinin gedişində 11 nəfərin meyiti tapılıb, 6 nəfər yaralı vəziyyətdə aşkarlanıb.
Hazırda axtarış işləri davam edir. Sürüşmə vaxtı binada dəqiq neçə nəfərin olduğu bilinmədiyi üçün ölü sayının çoxalma ehtimalı var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]