ÇİNDƏ ÜRƏYİ QARNINDA OLAN UŞAQ DÜNYAYA GƏLMİŞDİR
Həkimlər Sinin doğulduğu anomaliyaya çox nadir hallarda – yeddi milyon körpədən birində rast gəlirlər. Xəstəliyin səbəbi indiyədək məlum deyildir. Belə vəziyyətdə ölüm hallarının səviyyəsi isə çox yüksəkdir və 60 faizə çatır.
Kardioloq Syao İnbin demişdir ki, “Lyunun ürəyi normal yerdən çox uzaqda idi. Odur ki, uşaq daim ölümlə həyat arasında çarpışırdı. Yarım ildə onun ürəyi dörd dəfə dayanmışdı. Həyati əhəmiyyətli bu orqana hər hansı təzyiq ölümlə nəticələnə bilərdi”.
Əməliyyat uğurla keçsə də, həkimlər hələlik uzunmüddətli proqnozdan çəkinirlər. Cərrahi müdaxilənin müvəffəqiyyəti barədə qəti fikri yalnız bir neçə aydan sonra söyləmək olar.
Bu ilin martında Çinin Vuxan şəhər xəstəxanasında da ikiaylıq uşaqda belə əməliyyat aparılmışdır. Lakin bu əməliyyat uğursuz keçmiş və körpə ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]