Çində yanan gəmidə azı 20 nəfər ölüb - YENİLƏNİB VİDEO
Pekin, 10 sentyabr, AZƏRTAC
Çinin Çindao şəhərindəki gəmiqayırma zavodunda təmir edilən xarici yük gəmisində baş verən güclü yanğın nəticəsində azı 20 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, yanğın yerli vaxtla saat 11:15-də başlayıb. Həmin vaxt gəmidə 42 nəfər olub. Açıq sahədə yanğın 14:30-da nəzarət altına alınıb. Gəmidəki işçilərdən 12-si təxliyə edilib, 5-i xəsarət alıb. İtkin düşən 25 nəfərdən 20-nin meyiti tapılıb. Digərlərinin axtarışları davam edir.
13:58
Çinin Çindao şəhərindəki gəmiqayırma zavodunda təmir edilən xarici yük gəmisində güclü yanğın olub.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində itkin düşənlər var.
Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.