Çingiz Hüseynzadə: Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq
Bakı, 16 yanvar, AZƏRTAC
Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın açılış mərasimi barədə jurnalistlərə açıqlamasında deyib.
Bu festivalın ikinci dəfə keçirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə layihənin uğurlu olacağını bildirib: “Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə ikinci dəfə “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” keçirilir. Özünüz də Toğrul Əsgərov haqqında filmlə tanış oldunuz. Bu film artıq bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bizim işimiz telekanalların və federasiyaların fəal iştirakı üçün motivasiya olacaq. Məqsəd gənclər arasında idmana marağı artırmaq və onların uğurlarını işıqlandırmaqdır. Azərbaycanda idman öz həqiqi yerini tapır. Ümid edirəm ki, bu cür festivallar çox olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]