Çinin bəzi bölgələrində qasırğa və leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edilib
Pekin, 18 sentyabr, AZƏRTAC
Çinin cənubundakı Quandon əyalətində “Mitaq” qasırğasının yaxınlaşması ilə əlaqədar 4-cü səviyyədə fövqəladə hazırlıq elan olunub.
AZƏRTAC xəbər verir ki, Çin Milli Meteorologiya Mərkəzi cari ilin 17-ci qasırğası olan “Mitaq”ın sentyabrın 19-da Quandon əyalətinin Huylay rayonunun və Tayşan şəhərinin sahillərinə çatacağını proqnozlaşdırıb. Qasırğanın güclü külək və yağıntı gətirəcəyi gözlənilir. Müvafiq qurumlara və əhaliyə sel, daşqın, torpaq sürüşməsi və digər fəsadların ola biləcəyi barədə xəbərdarlıq edilib.
Çinin Su Ehtiyatları Nazirliyi isə 4 bölgədə - Sıçuan, Şansi, Hubey əyalətlərində və Çonçin şəhərində gözlənilən leysan yağışları ilə əlaqədar sel və daşqına qarşı fövqəladə hazırlıq elan edib. Yağıntı səbəbindən Cialin, Çuycian, Hancian və Huayhe daxil olmaqla, bir neçə çayda suyun səviyyəsinin təhlükəli həddə çatacağı, sel və daşqınların yaşayış məntəqələrinə, əkin sahələrinə, nəqliyyat infrastrukturuna ziyan verəcəyi ehtimal olunur. Nazirlik həmin bölgələrə işçi qrupları ezam edib. Yerli qurumlara potensial təhlükəli ərazilərdən əhalinin təxliyəsinə hazır olmaq göstərişi verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]