Çinin xaricə göndərdiyi COVID-19 peyvəndinin sayı 1,8 milyard dozanı ötüb
Pekin, 25 noyabr, AZƏRTAC
Çin indiyədək təxminən 100-dən çox ölkəyə və bir neçə beynəlxalq təşkilata 1,8 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyi açıqlama yayıb. Xaricə göndərilən vaksinlərin əsas hissəsi kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən ianə kimi təqdim olunub.
Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıb. Bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da start verilib. Xaricə göndərilən peyvəndlər “Sinovac”, “Sinopharm” və “CanSino” vaksinləridir. Çin şirkətləri cari il ərzində xaricə 2 milyard doza COVID-19 peyvəndi göndərməyi hədəfləyib.
Qeyd edək ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 2 milyard 257 milyon dozanı ötüb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]