Çövkən Milli Atüstü Oyunları üzrə Prezident Kuboku yarışının yarımfinal görüşlərinə start verilib
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun yarımfinal görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, oyunda finala çıxmaq uğrunda Ağstafa komandası “Polad”la üz-üzə gələcək. Günü ikinci görüşündə isə “Sərhədçi” Ağcabədi komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Prezident Kubokunun final görüşü dekabrın 24-də Binə Atçılıq Mərkəzində keçiriləcək.