ÇOXGÜNLÜK ŞOSE ÖTÜŞMƏLƏRİ ÜZRƏ BAKI ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 21 aprel (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə çoxgünlük şose ötüşmələri üzrə Bakı çempionatına start verilmişdir.
Yarışda Olimpiya Ehtiyatları İdman Uşaq Gənclər Velosiped Məktəbinin, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin, Bakı Baş Təhsil İdarəsinin velosipedçiləri iştirak edirlər.
Yola salınma mərasimində çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov gələcəkdə bu cür yarışlara qonşu dövlətlərin idmançılarının da cəlb olunacağını bildirmişdir.
Beş gün davam edəcək yarışın birinci mərhələsi Bakı-Mərəzə-İsmayıllı marşrutu üzrə keçəcəkdir. Ümumilikdə velosipedçilərin 565 kilometr məsafəni qət etmələri gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]