“Clarivate Analytics” şirkəti Bakı Dövlət Universitetində treninqlər keçəcək
Bakı, 2 aprel, AZƏRTAC
“Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb.
V.Boqorov elmi jurnalların ixtisaslaşması və təyinatı üzrə kateqoriyalara bölünməsini təklif edib.
Görüşdə BDU ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması, idarəetmə və təhliletmə aləti olan “inCites” və rəyçilərin beynəlxalq verilənlər bazası olan “Publons” sistemlərinin tətbiqi, birgə treninqlərin keçirilməsi məsələləri müzakirə olunub.
Treninqdə “Web of Science” bazasından istifadə, məqalələrin yazılma formaları, tədqiqatçı profilinin açılması, “yırtıcı” (Predatory) jurnallar haqqında təqdimatlar edilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]