Coğrafiya İnstitutunda çexiyalı alimlə elmi əməkdaşlığa dair müzakirə aparılıb
Bakı, 30 may, AZƏRTAC
Çexiya Elmlər Akademiyası Geonics İnstitutunun professoru, Masarik Universitetinin Coğrafiya departamentinin rəhbəri Yaromir Kolejka Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov ilə görüşdə çexiyalı alim Masarik Universitetinin rəhbəri olduğu coğrafiya bölməsinin fəaliyyəti, tədqiqat istiqamətlərindən danışıb, özü ilə gətirdiyi kitabları elm müəssisəsinə hədiyyə edib.
Z.Eminov çexiyalı qonağa Coğrafiya İnstitutunun nailiyyətləri haqqında məlumat verib, Qarabağın coğrafiyasına dair kitab və atlası ona təqdim edib.
Sonra fikir mübadiləsi aparılıb, müəssisə rəhbərləri gələcəkdə elmi əməkdaşlıq haqqında razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]