COVID-19: Fransada son sutkada koronavirusa 18 746 yoluxma halı qeydə alınıb
Paris, 8 oktyabr, AZƏRTAC
Fransada son 24 saat ərzində COVID-19 virusuna yeni yoluxma sayı rekord həddə 18 746-ya çatıb.
AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı günbəgün artır.
Ölkədə rəhbərlik epidemiya ilə bağlı tədbirlərin daha da sərtləşdiriləcəyini bildirib.
Xəstəxanalarda olan 7 536 COVID-19 xəstəsindən 789-u son sutkada daxil olub. Reanimasiya şöbələrində ağır vəziyyətdə 1 416 xəstə olduğu qeyd edilir. Son 24 saat ərzində reanimasiya şöbəsinə 143 xəstə qəbul olunub. Son gün ərzində isə koronavirusdan 80 ölüm qeydə alınıb.
Epidemiya başlayandan bu ölkədə ölənlərin ümumi sayı 32 445-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]