Cüdoçularımız ikinci Avropa Oyunlarına qələbə ilə başlayıblar
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə cüdoçularımız mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, tatami üzərinə çıxan ilk cüdoçumuz Oyunlara qələbə ilə başlayıb. Komandamızın üzvü Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu məğlub edib. Səkkizdəbir finalda onun rəqibi belçikalı Çarlin Van Snik olacaq.
Bu çəki dərəcəsində çıxış edən digər idmançımız - Larisa Florian isə polşalı Karolina Pienkovska ilə görüşəcək.
Qeyd edək ki, Oyunların ikinci günündə mübarizəyə 7 cüdoçumuz qoşulub. Azərbaycan idmançıları yarışların ikinci günündə boks, cüdo, sambo, gimnastika və stend atıcılığı yarışlarında iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]