İDMAN
Cüdoçumuz Asiya açıq kuboku yarışında bürünc medal qazanıb
Bakı, 18 iyul, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.
Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]