İDMAN
Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.
Cüdoçumuz növbəti döyüşünü Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]
Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib
- 06.05.2024 [16:01]
Lionel Messi MLS-də yeni rekorda imza atıb
- 06.05.2024 [15:25]