Daha bir paracüdoçumuz Tokio Paralimpiadasının finalına vəsiqə qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
Daha bir paracüdoçumuz "Tokio-2020" Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Sandrine Martinet olacaq.
Digər qadın paracüdoçumuz Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.
Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]