“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi çap olunub
Bakı, 11 yanvar, AZƏRTAC
Akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi çap olunub.
Bu barədə AZƏRTAC-a akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan məlumat verilib. Bildirilib ki, VI cild - xüsusi nəşr Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Kitab Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın zəngin, çoxşaxəli həyat və fəaliyyətindən bəhs edir. Xüsusi nəşrdə Ulu Öndərin bütün sahələrdə müdrik və uzaqgörən siyasəti, bu siyasətin uğurlu davamının təhlili verilib, Prezident İlham Əliyevin şanlı zəfərləri və səbəbləri şərh olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq və Vətən sevgisi, xeyirxahlığı, zəkası, dünyagörüşü, böyük nüfuzu təhlil edilib. Kitab 54 illik tarixi olan böyük siyasətin qızıl səhifələrinə səyahətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]