Danimarka 9 milyard dollarlıq HHM sistemləri alacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Danimarka 58 milyard krona (9,11 milyard ABŞ dolları) Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Bu, ölkə tarixində ən böyük silah alışı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə naziri Troels Lund Poulsen təhlükəsizlik sahəsində mürəkkəb vəziyyətə istinad edərək bəyanat verib.
Danimarkanın Baş naziri Mette Frederiksen fevral ayında Avropada mümkün gələcək təcavüzə hazırlıq çərçivəsində hərbçilərə “al, al, al” prinsipi ilə sursat və avadanlıq əldə etmək göstərişi vermişdi.
Danimarka uzaqmənzilli SAMP/T platforması və orta mənzilli sistemlər də daxil olmaqla səkkiz sistem alacaq.
“Şübhəsiz ki, təhlükəsizliklə bağlı vəziyyət risk altındadır”, - deyə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.
“Rusiyanın bir neçə pilotsuz uçuş aparatı ilə Polşanın hava məkanını pozduğunun şahidi olduq. Bu, hər birimiz üçün döyüş qabiliyyətimizi gücləndirməyin vacibliyini xatırladır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]