DAŞALTI QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR KEÇİRİLMİŞDİR
Tofiq Bəhramov adına stadionun idman zalında 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda döyüşlərdə həlak olanların xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə ikigünlük respublika turniri keçirilmişdir.
Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Hicran Şərifov AZƏRTAC-ın müxbirinə demişdir ki, Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdikləri yarışda respublikanın müxtəlif bölgələrindən gəlmiş 150-dək yeniyetmə on bir çəki dərəcəsində öz gücünü sınamışdır.
Yarışdan əvvəl idmançılar Şəhidlər xiyabanını ziyarət etmiş, final görüşündən qabaq isə “Ailəvi” restoranında şəhidlərin ruhuna ehsan verilmişdir.
Abşeron rayonundan Emin Hüseynov, Hacı Əliyev, Astaradan İlqar Ağayev, Nurlan Ramazanov, Olimpiya idman litseyindən Məmməd Bünyadov, Elçin Həsənov, “Təhsil” cəmiyyətindən Ağəli Ramazanov, “Pəhləvan”dan Fərid İsmayılov, “Zenit”dən Anar Əliyev, “Gömrükçü”dən Məmməd Məmmədov, “Lokomotiv”dən Üzeyir Fərəcov turnirin qalibi olmuşlar. Qaliblərə medallar, kuboklar, pul mükafatları, qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]