DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixi və xalqı qarşısındakı xidmətlərindən danışmış, onu “dünya şöhrətli siyasi xadim”, “xalqımızın xilaskarı” adlandırmışlar.
Deyilmişdir ki, məhz Heydər Əliyev Azərbaycanın dövlət başçısı seçildikdən sonra iqtisadiyyatımız dirçəlməyə başlamış, “Əsrin müqaviləsi” imzalanmış, neft sahəsinə xarici sərmayə qoyuluşu sürətlənmiş, ölkə demokratik inkişaf yolunu tutmuşdur. Qeyd olunmuşdur ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində qanlı-qadalı müharibə dayandırılmış, atəşkəs elan edilmişdir.