DAŞKƏNDDƏ NƏŞR OLUNAN “TƏFƏKKÜR” JURNALINDA SOYDAŞIMIZ MAQSUD ŞEYXZADƏ HAQQINDA MƏQALƏ ÇAP EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə nəşr olunan “Təfəkkür” jurnalında Daşkənddə yaşamış soydaşımız, özbək ədəbiyyatının klassikinə çevrilmiş görkəmli şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi Maqsud Şeyxzadənin 100 illiyi ilə bağlı böyük materialı çap edilmişdir.
Məqalədə deyilir ki, 1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində doğulan Maqsud Şeyxzadə 1928-ci ildə Daşkəndə gəlmiş, müxtəlif mətbu orqanlarda çalışmış, sonra isə ömrünün sonuna kimi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji İnstitutunda müəllimlik etmiş, hörmət-izzət sahibi olmuşdur.
Materialda Maqsud Şeyxzadınin pedaqoji fəaliyyətindən, özbək ədəbiyyatının inkişafına verdiyi töhfədən, özbək yazıçıları ilə dostluğundan ətraflı söhbət açılır.
Ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” dram əsərləri, “Daşkəndnamə”, “Ağsaqqal” kimi kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daşkənddə ədibin altı cildlik seçilmiş əsərləri çap olunmuşdur.
Maqsud Şeyxzadə Nizaminin, Füzulinin, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, R.Rzanın əsərlərini özbək dilinə tərcümə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]