Daşkənddə “Tashkent travel mart” turizm sərgi-konfransında Azərbaycan da iştirak edib
Daşkənd, 16 aprel, AZƏRTAC
Daşkənddə “B2B” formatında keçirilən “Tashkent travel mart” sərgi-konfransında Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi-konfransda Azərbaycanla yanaşı, Özbəkistan, Gürcüstan, İspaniya, İsveçrə, İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və digər ölkələrin turizm şirkətləri iştirak edib.
Tədbirdə ölkəmizi “Ubm Group” turizm şirkətinin nümayəndəsi Tamar Akhalbedaşvili təmsil edib.
Sərgi-konfransda iştirakçı turizm firmaları öz xidmətləri haqqında məlumat verib, digər ölkələrin turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq haqqında müzakirələr aparıb, sənədlər imzalanıb.
Xarici turizm şirkətlərinin Azərbaycanın turizm sənayesinə böyük maraq göstərdiyini bildirən Tamar Akhalbedaşvili bu şirkətlərlə əməkdaşlığın öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd