DAŞKƏNDDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ASSOSİASİYASI SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Özbəkistan paytaxtındakı Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov mərasim iştirakçılarına ötən əsrin əvvəllərində azərbaycanlıların soyqırımı haqqında məlumat vermiş, ermənilərin yalnız Bakıda deyil, respublikanın digər yaşayış məntəqələrində də törətdikləri vəhşiliklər haqqında danışmışdır.
Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədr əvəzi Mobil Məmmədov, Axıska Türkləri Dərnəyinin sədri Ömər Salman, soydaşlarımızdan Firuz Axundov, Yusif Əliyev və başqaları həmin vaxt xalqımızın xilas olunmasında türk qardaşlarımızın köməyindən danışmış, ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşilikləri ittiham etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]