“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb







Bakı, 9 may, AZƏRTAC
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə keçirilən “Data jurnalistikası” mövzusuna həsr olunmuş təlim proqramı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, təlimlər çərçivəsində iştirakçılara datanın tapılması, tərtib edilməsi, məlumatların təhlili, vizual təqdimatı və müasir rəqəmsal alətlərlə işləmə bacarıqları üzrə nəzəri və praktiki biliklər ötürülüb. Sessiyalar ABŞ-ın Virginia Birləşmiş Universitetinin fəxri dosenti, jurnalistika sahəsində 20 ildən artıq təcrübəyə malik Cef Sauz tərəfindən aparılıb.
Proqram müddətində media sahəsində yeniliklər, faktlara əsaslanan xəbər istehsalının əhəmiyyəti və tətbiqi ilə bağlı təqdimatlar keçirilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [21:20]
BSU-nun rektoru Sədərək rayonunda məktəblilərlə görüşüb
- 19.05.2025 [20:59]
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
- 19.05.2025 [19:05]
Professor Nadir Məmmədli TÜRKSOY medalı ilə təltif edilib
- 19.05.2025 [18:53]
ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb
- 19.05.2025 [18:32]
İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verilib
- 19.05.2025 [18:11]