Dauren Aben: Qazaxıstanın geosiyasi mövqeyi qlobal ticarətdə mühüm rol oynayır
Bakı, 9 sentyabr, AZƏRTAC
Bugünkü tədbirin mövzusu Qazaxıstanın təhlükəsizlik vizyonu ilə üst-üstə düşür. Bizim regionun qlobal təchizat zəncirində iqtisadiyyat sürətlə inkişaf edir, lakin üstünlük ölkədən ölkəyə dəyişir. Qazaxıstan Şərqlə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşir və bir çox dəhlizin vacib iştirakçısıdır. Bizim bir çox resursumuz var və buna görə də ölkələrarası əməkdaşlığa üstünlük veririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusunda keçirilən iclasında Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Dauren Aben söyləyib.
Ölkəsinin ekoloji hədəflər qoyduğunu, karbon qazının azaldılması, smart şəhərlər və digər layihələr icra etdiyini diqqətə çatdıran Dauren Aben çoxtərəfli tərəfdaşlığa önəm verdiklərini bildirib. "Geosiyasi resursları da unutmamalıyıq. Asiya ölkələri bunun üçün bəzi təlimatları sadələşdirir. Geosiyasi mövqeyimiz qlobal ticarətdə mühüm rol oynayır", - deyə D.Aben vurğulayıb.
O, həmçinin nəqliyyat marşrutlarında əməkdaşlığın önəmini qeyd edib, Qazaxıstanın ambisiyalı iqlim hədəfləri qoyduğunu diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]