David Lordkipanidze: Qarabağda tarixi ədalət bərpa olunub
Tbilisi, 22 iyul, AZƏRTAC
Azərbaycan dövləti Qarabağda tarixi ədaləti bərpa edib. Hazırda Qarabağda sürətli bərpa işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş konfransda söyləyib.
O deyib: “İnanırıq ki, tezliklə Qarabağ əvvəlki simasını bərpa edəcək. Azərbaycanın və Gürcüstanın elm adamları bu ərazilərdə tarixi araşdırma aparacaqlar”.
D.Lordkipanidze Azərbaycan və gürcü alimlərin apardığı elmi araşdırmaların dünya ictimaiyyətinə çatdırılması üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]