DAXİLİ İŞLƏR NAZİRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL ETMİŞDİR
Şəmkir Rayonu Polis Şöbəsində keçirilən qəbulda nazir 50-dək vətəndaşı dinləyərək onların şikayətlərinin araşdırılması barədə daxili işlər orqanlarının müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Müraciətlərin bir çoxu nazirin göstərişi ilə yerindəcə müsbət həllini tapmışdır.
Qəbula gələn vətəndaşlar onları problemlərinin həllinə diqqət və qayğı göstərildiyinə görə, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda nazir kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.